Azərbaycan millisinin futbolçusu Türkiyə kubokunda növbəti oyununu keçirəcək
Futbol
- 29 dekabr, 2016
- 05:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu Türkiyə Kubokunun qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib II Liqada mübarizə aparan "Aydınspor 1923" komandası olacaq.
Artıq Bursa təmsilçisi oyuna hazırlıqları başa vurub. Baş məşqçi Hamza Hamzaoğlunun rəhbərliyi altında keçirilən son məşq mətbuat üçün qapalı olub. Yerli mətbuat "Bursaspor"un oyun üçün 18-liyini dərc edib. Siyahıda millinin hücumçusu Deniz Yılmaz da yer alıb.
"Bursaspor"un ev sahibi olacağı oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, kubokun növbəti oyunu yanvarın 18-də keçiriləcək. Həmin qarşılaşmada rəqib "Akhisar" olacaq.
Son xəbərlər
19:26
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Futbol
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət