Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest edib

Futbol
  • 30 avqust, 2018
  • 08:46
Azərbaycan millisinin futbolçusu Samsunspora jest edib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan millisinin və Türkiyənin "Boluspor" komandasının futbolçusu Ufuk Budak sabiq klubu "Samsunspor"a jest edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi "qırmızı-qaralar"ın ona olan 255 min 348 TL borcu ilə bağlı FIFA-ya şikayət etməyib. Budakla yanaşı, daha 5 futbolçu kluba heç bir problem yaratmayıb. "Samsunspor" klubu onların hər birinə təşəkkür edib. 

Əvəzidə klub daha iki sabiq futbolçusu - əvvəllər "Qəbələ"də də çıxış etmiş Ekiqo Ehiosuna 52 min Euro, Famussa Koneye isə 44 min bin avro ödəyib. 

Qeyd edək ki, Ufuk BUdak 2017-2018 mövsümündə "Samsunspor"da çıxış edib.