Azərbaycan millisinin futbolçusu "Beşiktaş"la müqavilə bağlayıb

Futbol
  • 10 noyabr, 2017
  • 14:01
Azərbaycan millisinin futbolçusu Beşiktaşla müqavilə bağlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Günay İsmayılova karyerasını Türkiyədə davam etdirəcək.

“Report” AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı qapıçı “Beşiktaş”a transfer olunub. O, İstanbul təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, G.İsmayılova “Fidan” klubunun formasını geyinirdi.

44 filmi