Çexiya və Avstriya klublarının futbolçuları Azərbaycan millisinə dəvət alıblar

Futbol
  • 03 oktyabr, 2019
  • 11:07
Çexiya və Avstriya klublarının futbolçuları Azərbaycan millisinə dəvət alıblar

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Fransa və İsveçrə yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib. 

Qeyd edək ki, U-21 oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komanda oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq. 

№ADI / SOYADIKLUB
1Kamran İbrahimovNeftçi
2Şahin ZəkiyevKeşlə
3Nicat MehbaliyevSumqayıt
4Amin SeydiyevQəbələ
5Turan ManafovSəbail
6Murad Qayalı Keşlə
7Nihad TamazovQarabağ
8Anton KrivotsyukNeftçi
9Elçin MustafayevSabah
10Hüseyin SeyliğliDarica Genclerbirliyi (Türkiyə)
11Rafael MəhərrəmliZirə
12Hacıağa HacılıQarabağ
13Fərid NəbiyevSlaviya Praqa (Çexiya)
14Barış EkincierSK Austria Klagenfurt (Avstriya)
15Rövlan MuradovQəbələ
16Səbuhi AbdullazadəSumqayıt
17Tural BayramlıKeşlə
18Şakir SeyidovSabah
19İsmayıl İbrahimliQarabağ
20Elvin CəfərquliyevSumqayıt
21Ozan Can KökcüSabah
22Süleyman ƏhmədovSumqayıt
23Doğukan ÖksüzEyüpspor (Türkiyə)