Azərbaycan millisinin baş məşqçisi: "Yığmada bir oyuna hazırlaşmaq üçün 4-5 gün vaxt olur"

Futbol
  • 11 oktyabr, 2025
  • 10:50
Azərbaycan millisinin baş məşqçisi: Yığmada bir oyuna hazırlaşmaq üçün 4-5 gün vaxt olur

Millidə bir oyuna hazırlaşmaq üçün 4-5 gün vaxt olur.

"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Karvinada Çexiya yığması ilə keçirilən oyundan (0:5) sonra mətbuat konfransında deyib.

O, 0:5 hesablı məğlubiyyət barədə danışıb:

"Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq".

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti