Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi "Qəbələ" - "Anderlext" oyununu izləyəcək

Futbol
  • 24 noyabr, 2016
  • 07:06
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qəbələ - Anderlext oyununu izləyəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Bakcell Arena"da keçiriləcək oyunu izləyəcək. 

Bu barədə "Report"a AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Xorvatiyalı mütəxəssis qitə turnirinin V turunda "Qəbələ" və Belçika "Anderlext"i arasında keçiriləcək görüşü izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.