Azərbaycan millisinin baş məşqçisi: "İslamiada təcrübə qazanmaq baxımından əhəmiyyətlidir"
- 27 oktyabr, 2025
- 16:50
VI İslam Həmrəyliyi Oyunları Azərbaycan futzal millisinin təcrübə qazanması baxımından əhəmiyyətlidir.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Yevgeni Kukseviç deyib.
O, səfərə aparılacaq oyunçuların bir çoxunun gənc olduğunu söyləyib:
"Rəqibləri tanıyıram, hamısı əsas heyətlə gələcəklər. Ona görə də güclü komandalara qarşı oynayacağımızı deyə bilərəm. Şans barədə bir söz deyə bilmərəm. Bu turnir komandamızın təcrübə qazanması baxımından əhəmiyyətlidir. Bilirsiniz ki, heyətdə müəyyən dəyişikliklər var. Səfərə aparacağımız oyunçuların bir neçəsi gənclərdir. Onların beynəlxalq oyunlar keçirməsi gələcəkdə işimizə yarıyacaq".
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı komandaları ilə qarşılaşacaq.