Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun stadionu dəyişdirilib

Futbol
  • 25 yanvar, 2019
  • 05:42
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun stadionu dəyişdirilib
affa.az

Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalar "Bakcell Arena"da təşkil olunacaq. Bu addım atılarkən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınıb.