Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI
- 29 sentyabr, 2017
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 sentyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Samir Ələkbərov səfərdə keçirəcəkləri oyuna 22 futbolçu dəvət edib. Onlardan 3-ü legionerdir.
| AD, SOYAD | KLUB |
| Fəhmin Muradbəyli | Neftçi |
| Anton Krivotsyuk | Neftçi |
| Eltun Turabov | Qarabağ |
| Elgün Uluxanov | Qarabağ |
| Xəyal Nəcəfov | Sumqayıt |
| Ehtiram Şahverdiyev | Sumqayıt |
| Bəhlul Mustafazadə | Sumqayıt |
| Süleyman Süleymanov | Sumqayıt |
| Oleq Hüseynov | İnter |
| Taşkın Sertan | İnter |
| Vüqar Həsənov | İnter |
| Əlibəy Məmmədli | İnter |
| Alen Askerov | Qəbələ |
| Qismət Alıyev | Qəbələ |
| Roman Hüseynov | Qəbələ |
| İlkin Sadıqov | Kəpəz |
| İlyas Səfərzadə | Kəpəz |
| Pərviz Qaraxanov | Səbail |
| Aydın Bayramov | MOİK |
| Budaq Nəsirov | Sportinq (Portuqaliya) |
| Serkan Baloglu | Eyupspor (Türkiyə) |
| Mustafa Ozhitay | SSV Ulm 1846 (Almaniya) |
Qeyd edək ki, Azərbaycan millisi oyundan əvvəl 1 - 3 oktyabrda Berlində hazırlıq keçəcək. Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaqlar. Berlindən sonra sonra milli üzvləri hazırlığı matçın təşkil olunacağı Kottbus şəhərində davam etdirəcəklər. Oktyabrın 6-da "Fröndşaft" stadionunda keçiriləcək 5-ci qrupun Almaniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.