Azərbaycan millisinə 15 legioner dəvət edildi
- 14 oktyabr, 2020
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa çempionatının seçmə mərhələsində Polşa və Çexiya yığmaları ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
"Report" xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov toplanışa 21 oyunçu çağırıb. Onlardan 15-i legionerdir. Yığma oyunlara hazırlıq məqsədilə 14 - 20 oktyabrda Bakıda təlim-məşq toplanışı keçəcək.
Alina Dorofeyeva, Kristina Bakarandze, Diana Məmmədova oktyabrın 17-də, Nisrina Zerioul isə oktyabrın 21-də milli komandaya qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.
| N | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | FK Hakkarigücü (Türkiyə) |
| 2 | Əskərzadə | Elvira | FK 8 – İOEUGiM |
| 3 | Əliyeva | Nərgiz | FK Marxal |
| 4 | Mirzəliyeva | Nigar | FK Marxal |
| 5 | Məmmədova | Kamilla | FK Uğur |
| 6 | Hacıyeva | Nərgiz | FK Fatih Vətən (Türkiyə) |
| 7 | Acar | Yeliz | FK Fatih Vətən (Türkiyə) |
| 8 | Məhsimova | Jalə | FK Zenit (Rusiya) |
| 9 | Dorofeyeva | Alina | FK Yenisey (Rusiya) |
| 10 | Əhmədova | Ayşən | FK Okjetpes (Qazaxıstan) |
| 11 | Guliyeva | Roza | FK Okjetpes (Qazaxıstan) |
| 12 | Bozkaya | Nəslihan | FK Kəmər ( Türkiyə) |
| 13 | Bakarandze | Kristina | FK Hakkarigücü (Türkiyə) |
| 14 | Əliyeva | Aysun | FK Fatih Vətən (Türkiyə) |
| 15 | Sərdarlı | Rövşanə | FK Okjetpes (Qazaxıstan) |
| 16 | Rəhimova | Sona | FK 8 – İOEUGiM |
| 17 | Əliyeva | Coşqunə | FK Marxal |
| 18 | Məmmədova | Diana | FK Yenisey (Rusiya) |
| 19 | Hacıyeva | Vüsalə | FK İjevsk (Rusiya ) |
| 20 | Seyfəddinova | Vüsalə | FK ALG Spor (Türkiyə) |
| 21 | Zerioul | Nisrina | VFL Bochum (Almaniya) |