Azərbaycan millisi yoxlama görüşündə Qazaxıstanı məğlub edib

Futbol
  • 06 iyun, 2025
  • 20:11
Azərbaycan millisi yoxlama görüşündə Qazaxıstanı məğlub edib

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib.

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.