Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub - YENİLƏNİB

Futbol
  • 10 iyul, 2026
  • 15:44
Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub - YENİLƏNİB

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" komandası Fransanın paytaxtı Parisdə keçirilən "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026" turnirində çempion olub.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Milli komanda finalda ABŞ seçməsinə qalib gəlib - 3:2.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" komandası Fransanın paytaxtı Parisdə keçirilən "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026" turnirinin finalına vəsiqə qazanıb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Milli komanda yarımfinalda Fildişi Sahili yığmasını 6:0 hesabı ilə məğlub edib.

Digər yarımfinal qarşılaşmasında ABŞ millisi Honq Konq yığmasına 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, Azərbaycan komandası həlledici görüşdə ABŞ kollektivi ilə qarşılaşacaq.