Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib

Futbol
  • 12 aprel, 2019
  • 16:56
Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib

Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Latviya ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandanın heyətində hər iki qolu Sezar Conatan vurub. 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.