​Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Futbol
  • 04 iyun, 2016
  • 09:58
​Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası iyunda iki yoldaşlıq görüşü keçirəcək. 

"Report"un məlumatına görə, hər iki oyunda rəqib Belarusun müvafiq yaş qrupu olacaq.

İlk oyun iyunun 8-də, ikinci görüş isə ayın 10-da baş tutacaq. Qarşılaşmalar Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq. 

Hər iki oyun saat 19:00-da başlayacaq.