Azərbaycan Milli Olimpiya Komitəsində hesabat-seçki Baş Məclisinin vaxtı bəlli olub

Futbol
  • 15 dekabr, 2021
  • 15:20
Azərbaycan Milli Olimpiya Komitəsində hesabat-seçki Baş Məclisinin vaxtı bəlli olub

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) hesabat-seçki Baş Məclisinin vaxtı dəqiqləşib.

MOK-un Mətbuat katibi Günay Malikqızının "Report"a verdiyi məlumata görə, seçki dekabrın 16-da onlayn formatda təşkil olunacaq.

Baş Məclisdə MOK-un rəhbər orqanlarına növbəti müddətə seçkilər baş tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.