Azərbaycan milli komandasının yeni baş məşqçisi özünə daha 2 köməkçi götürüb

Futbol
  • 20 mart, 2019
  • 09:18
Azərbaycan milli komandasının yeni baş məşqçisi özünə daha 2 köməkçi götürüb
Report

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 xorvatiyalı köməkçi götürüb.

"Report"un məlumatına görə, bunlar Frano Leko ilə Armin Alibekoviçdir.

51 yaşlı Leko fitnes məşqçisi kimi çalışır. Onun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa "Legiya"sında, eləcə də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.

Daha əvvəl milliyə Mario Tokiç və Arif Əsədov köməkçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçi kimi cəlb olunub.

44 - Tezliklə