Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb
- 08 may, 2017
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq məqsədilə təlim-məşq toplanışına çağırılan futbolçuların adları açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib.
Onların arasında "Qarabağ"ın braziliyalı legioneri Riçard Almeyda da var.
| ADI, SOYADI | KLUBU |
| Kamran Ağayev | Boavişta (Portuqaliya) |
| Anar Nəzirov | Zirə |
| Səlahət Ağayev | İnter |
| Tərlan Quliyev | İnter |
| Bədavi Hüseynov | Qarabağ |
| Rəşad Sadıqov | Qarabağ |
| Maksim Medvedev | Qarabağ |
| Pavel Paşayev | Stal (Ukrayna) |
| Maqomed Mirzabekov | Qəbələ |
| Ürfan Abbasov | Qəbələ |
| Ruslan Abışov | Neftçi |
| Rahid Əmirquliyev | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Dmitri Nazarov | Aue (Almaniya) |
| Eddi İsrafilov | Kadis (İspaniya) |
| Emin Mahmudov | Boavişta (Portuqaliya) |
| Elvin Məmmədov | Zirə |
| Cavid Hüseynov | Qəbələ |
| Araz Abdullayev | Qəbələ |
| Əfran İsmayılov | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Ağabala Ramazanov | Qarabağ |
| Ruslan Qurbanov | Qəbələ |
| Namik Ələskərov | Neftçi |
| Ramil Şeydayev | Jilina (Slovakya) |
| Renat Dadaşov | Ayntraxt (Almaniya) |
Qeyd edək ki, Azərbaycan millisi mayın 15-də Bakıda bir araya gələcək. Beşgünlük hazırlıqdan sonra yığma üzvləri mayın 20-də Avstriyaya yollanacaqlar. İki həftəlik təlim-məşq toplanışını iyunun 3-də başa vuracacaq milli komanda hazırlığın son mərhələsini Bakıda keçirəcək. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.