Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb

Futbol
  • 16 dekabr, 2016
  • 12:09
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin başlama saatı müəyyənləşib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun Gəncədə baş tutacaq.

"Kəpəz" Bakının "İnter" klubunu sınağa çəkəcək.

1/4 final mərhələsinə Bakıda keçiriləcək "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları

21 dekabr

13:00. "Kəpəz" - "İnter"

Gəncə. Gəncə şəhər stadionu

İlk oyun: 0:2

15:00. "Sumqayıt" - "Qarabağ"

Sumqayıt. "Kapital Bank Arena"

İlk oyun: 0:6

16:00. AZAL - "Qəbələ"

Bakı. "AZAL Arena" (“CBC Sport”, canlı)

İlk oyun: 1:2

17:00. "Neftçi" - "Zirə"

Bakı. "Bakcell Arena"

İlk oyun: 3:0