Azərbaycan Kubokunun yarımfinal matçı FIFA referisinə həvalə olunub

Futbol
  • 29 aprel, 2019
  • 09:09
Azərbaycan Kubokunun yarımfinal matçı FIFA referisinə həvalə olunub

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, "Qarabağ" - "Qəbələ" matçı İnqilab Məmmədova, "Zirə" - "Sumqayıt" oyunu isə FIFA referisi Əliyar Ağayevə tapşırılıb. 

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.