Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər
Futbol
- 28 aprel, 2016
- 09:38
Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
Gəncə şəhər stadionunun hazırkı vəziyyətinə toxunan qurum rəsmisi final görüşünün paytaxtda keçirilmə variantının olduğunu deyib: "Gəncə stadionu uyğun olmasa, final görüşü Bakıda keçiriləcək. Oyun Bakı Olimpiya Stadionu və ya "Dalğa Arena"da keçirilə bilər".
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Kubokunun final görüşünün Gəncə şəhər stadionunda keçiriləcəyi açıqlanıb. Hazırda həmin stadionda təmir işləri gedir. Final oyunu mayın 26-da olacaq. Finala vəsiqə uğrunda "Qarabağ", "Qəbələ", "İnter" və "Neftçi" klubları mübarizə aparır.
Son xəbərlər
10:12
DSMF: İyulda 876 min nəfər aylıq sosial müavinət və təqaüd alıb
Maliyyə10:11
Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub
Hadisə10:10
Aqrar Sığorta Fondu I yarımildəki fəaliyyətinin nəticələrini açıqlayıb
ASK10:06
Tver yaxınlığında PUA hücumları nəticəsində "Wildberries"in anbarı zədələnib
Region10:04
Pakistan, Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq perspektivlərini müzakirə edir
Xarici siyasət10:00
Azərbaycanın üç boksçusu U-19 Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi10:00
Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət10:00
Foto
Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb
İncəsənət10:00