Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu keçirilib

Futbol
  • 13 dekabr, 2016
  • 12:57
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu keçirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Qəbələ" Bakının AZAL klubunu qəbul edib.

Oyunda hesabı "təyyarəçilər" açıblar. Mirzağa Hüseynpur 37-ci dəqiqədə topu tora qovuşdurub. Lakin meydan sahibləri oyunun 61-ci dəqiqəsində Filip Ozobiç və 13 dəqiqə sonra Ruslan Qurbanovun qolları ilə hesabda önə keçiblər. Qarşılaşma "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü dekabrın 21-də Bakıda keçiriləcək.

44 - Tezliklə