Azərbaycan Kubokunun 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb

Futbol
  • 12 dekabr, 2016
  • 13:30
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

"Report"un məlumatına görə, FİFA referisi Əliyar Ağayev "Zirə" - "Neftçi" oyununu idarə edəcək.

Bakıda keçiriləcək "İnter" - "Kəpəz" oyununda isə Rəhim Həsənov iş başında olacaq.

13 dekabr (çərşənbə axşamı)

15:00. "Qəbələ" - AZAL

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

17:00. "Zirə" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə İdman Kompleksinin stadionu

17:00. "İnter" - "Kəpəz"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov

"İnter Arena" (CBC Sport, canlı yayım)

18:00. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

"Azersun Arena"

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də reallaşacaq.