Azərbaycan Kubokunda 2018/2019 mövsümünün iştirakçıları açıqlanıb - SİYAHI

Futbol
  • 12 noyabr, 2018
  • 08:40
Azərbaycan Kubokunda 2018/2019 mövsümünün iştirakçıları açıqlanıb - SİYAHI

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 2018/2019 mövsümünün iştirakçıları açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan Premyer Liqasının 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” mübarizə aparacaq. 

Püşkatma mərasimi 14 noyabrda AFFA-nın inzibati binasında keçiriləcək.