Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib
- 09 dekabr, 2022
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"u qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıblar. "Kəpəz"in futbolçusu Abdullahi Şaybu 9-cu dəqiqədə fərqlənib. "Turan Tovuz" qollarını ikinci hissədə vurub. 52-ci dəqiqədə Runi Eva penaltini dəqiq yerinə yetirib. 64-cü dəqiqədə Ehtiram Şahverdiyev qələbə qolunun müəllifi olub. Tərəflər arasında cavab oyunu dekabrın 20-də olacaq.
Günün digər matçında "Sabah" "Səbail"lə üz-üzə gələcək. 1/4 finalın əvvəlki oyunlarında "Zirə" evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib, "Qarabağ" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2.