Azərbaycan Kuboku: "Qarabağ" "Sabah"ı darmadağın edib
Futbol
- 30 yanvar, 2024
- 17:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Sabah" "Qarabağ"ı qəbul edib.
Qonaq komanda rəqibini darmadağın edib - 7:1. Ağdam təmsilçisinin heyətində Olavio Juninyo (28, 55) və Abdullah Zubir (77, 89+3) dubla imza atıblar. Digər qolların müəllifləri Hamidu Keyta (20), Nəriman Axundzadə (45+5) və Adama Diakabi (87) olublar. Bakılıların təsəlli qolunu 63-cü dəqiqədə Cesse Sekidika vurub.
Komandalar arasında cavab matçı fevralın 8-də keçiriləcək.
Qeyd edək ki, bu gün keçirilən mərhələnin ilk oyununda "Zirə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Digər iki qarşılaşma yanvarın 31-də baş tutacaq.
Son xəbərlər
22:13
Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşib
Formula 121:51
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
Region21:36
Foto
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Hadisə21:35
Video
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatda 59 nəfər saxlanılıb
Region21:15
"Tasnim": ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşıb
Region21:02
İran ABŞ-nin şərtlərinə cavab verib
Region20:54
Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib
Digər ölkələr20:48
Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük"
Fərdi20:34