Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq diskvalifikasiya olunub
Futbol
- 13 noyabr, 2025
- 14:30
Azərbaycan II Liqasında çıxış edən "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Mütəxəssisin cəzalanmasına səbəb VIII turda baş tutan "Xankəndi" ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan R.Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, "Ağdaş" isə 1000 manat cərimələnib.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna "Şəfa" ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.
Son xəbərlər
20:54
QMİ sədri: Erməni kilsəsinin revanşizmə meyillənməsi birgəyaşayış prinsiplərinə uyğun deyil
Xarici siyasət20:50
Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan" qələbə qazanıb
Komanda20:46
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
Futbol20:44
Video
Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub
Hadisə20:39
ABŞ Suriyadakı Əl-Tanf qarnizonundan qoşunların çıxarılmasını yekunlaşdırıb
Digər ölkələr20:32
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
Futbol20:22
Foto
Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub
İqtisadiyyat20:20
"Sabah"dan ayrılan Anatoli Nuriyev "Zirə" ilə anlaşıb
Futbol20:15