Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalanıb
Futbol
- 18 aprel, 2025
- 17:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalanıb.
“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna mütəxəssisin XXI turun “Füzuli” ilə matçı bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub. Onun bu hərəkətinə görə Ağdaş təmsilçisi 400 manat ziyana düşüb.
Bölgə klubu oyun bitdikdən sonra futbolçular tərəfindən stadionun paltardəyişmə otağına vurulan zərəri də qarşılayacaq.
Bundan əlavə, “Ağdaş” klubu 6 futbolçunun sarı vərəqə almasına görə 70 manat cərimələnib.
Son xəbərlər
13:43
Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub, 11 nəfər ölüb, onlarla insan xəsarət alıb
Region13:31
Foto
III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırılıb
Fərdi13:04
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi12:59
Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Futbol12:40
Ukraynalı atlet: "Beynəlxalq Xankəndi Ultramarafonu əla təşkil olunub"
Fərdi12:22
Sabah yağış yağacaq
Ekologiya12:19
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib
Region12:09
Beynəlxalq Xankəndi Ultramarafonunun qalibi: "Gələn il də yarışa qatılacağam"
Fərdi11:59
Foto