Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib
- 21 may, 2026
- 18:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
"Report" xəbər verir ki, I Liqanın XXVII turunda səfərdə "Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.
Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.
Xaçmaz təmsilçisi cari mövsüm II Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.
Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ qazanacaq.
MOİK-lə qarşılaşan "Difai" kollektivi isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə enib və I Liqanı tərk edib.