Azərbaycan cüdoçusu Abu-Dabi beynəlxalq turnirində gümüş medal qazanıb
Futbol
- 26 oktyabr, 2017
- 14:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.
Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.
Son xəbərlər
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr
17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilib
Komanda