Azərbaycan çempionatındakı 95 oyunu stadionlardan 124 min azarkeş izləyib
- 23 dekabr, 2025
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında cari mövsümün ilk yarısındakı oyunları stadionlardan 124 min 60 tamaşaçı izləyib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
95 matçda orta göstərici 1306-yə bərabər olub.
XII turun "Sumqayıt" – "Qarabağ" matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.
"Sumqayıt" ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. "Turan Tovuz"un ikinci olduğu siyahıda ilk "üçlüy"ü "Neftçi" qapayır.
| Komandalar | Ev oyunları | Həmin oyunlardakı azarkeşlər | Orta göstərici | |
| 1 | "Sumqayıt" | 9 | 25810 | 2868 |
| 2 | "Turan Tovuz" | 7 | 17100 | 2443 |
| 3 | "Neftçi" | 8 | 14848 | 1856 |
| 4 | "Sabah" | 8 | 12855 | 1607 |
| 5 | "Qarabağ" | 7 | 10387 | 1484 |
| 6 | "Karvan-Yevlax" | 9 | 13120 | 1458 |
| 7 | "Şamaxı" | 7 | 7400 | 1057 |
| 8 | "Zirə" | 9 | 7950 | 883 |
| 9 | "Kəpəz" | 8 | 4850 | 606 |
| 10 | "Qəbələ" | 7 | 4000 | 571 |
| 11 | "İmişli" | 8 | 4200 | 525 |
| 12 | "Araz-Naxçıvan" | 8 | 1540 | 193 |
| Cəmi | 95 | 124060 | 1306 |