Azərbaycan çempionatında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Futbol
- 03 noyabr, 2025
- 12:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" – "Neftçi" matçında (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.
Son xəbərlər
09:54
Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
İKT
09:53
Azərbaycan 9 ayda 18 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
Energetika
09:52
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Hadisə
09:50
Azərbaycan neft ixracından qazancını 13 % artıb
Energetika
09:48
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib
Elm və təhsil
09:48
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 29 %-dən çox azaldıb
Biznes
09:48
"Xetafe" Serxio Ramosu transfer etməkdə maraqlıdır
Futbol
09:46
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Biznes
09:45
Azərbaycanın xarici ticarət dövriyyəsi 5 %-dən çox artıb
Biznes