Azər Bağırov: "İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf "Kəpəz" olacaq"

Futbol
  • 05 fevral, 2026
  • 21:28
Azər Bağırov: İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf Kəpəz olacaq

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz"u mübarizədən kənarlaşdıracaqlarına inanır.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin çalışdırıcısı Tovuz kollektivi ilə keçirdikləri ilk matçdan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Bu mərhələnin ilk oyununu keçirdik. Maraqlı qarşılaşmaya şahidlik etdik. Futbolçularımız komanda olaraq yaxşı mübarizə apardılar. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Oyunçularıma təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçuya şans vermişdik. Bunu bizim üçün yeni çağırış hesab etmək olar. İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf "Kəpəz" olacaq".

Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab matçı martın əvvəlində baş tutacaq.

44 filmi