AZAL klubunun qolunda şiş aşkarlanan futbolçusunun vəziyyəti yaxşılaşıb
Futbol
- 18 aprel, 2016
- 07:14
Bakı. 18 aprel. REPORT.AZ/ "Rüfət Moskvada idi, kimyaterapiya keçir. İndi isə Bakıdadır". Bunu futbolçu Rüfət Musayevin vəziyyəti ilə bağlı "Report"a açıqlama verən AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.
Klub rəsmisi dirsək nahiyəsində şiş aşkarlanan müdafiəçinin durumunun hazırda yaxşı olduğunu bildirib: "Mənə elə gəlir ki, 4-cü kimya terapiyasından sonra vəziyyəti müsbətə doğru gedir. Onunla həmişə maraqlanırıq. Ağır prosedurlardır, amma inanırıq ki, yaxşı olacaq və Rüfət yenidən sıralarımıza qayıdacaq".
F.Hüseynov komandanın zədəli üzvü, Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunmuş Taqim Novruzovun durumuna da aydınlıq gətirib. O bildirib ki, futbolçunun vəziyyəti normaldır və aprelin 19-da Bakıya qayıdacaq.
Son xəbərlər
01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Digər ölkələr00:37
"Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər
Digər ölkələr00:15
Ərdoğan Türkiyənin Liviyada sabitliyi dəstəklədiyini bildirib
Region23:51
Foto
Serbiyanın energetika naziri ölkədə yanacaq qıtlığının olmayacağını açıqlayıb
Digər ölkələr23:32
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib
Digər ölkələr23:28
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur
Region23:24
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Digər ölkələr23:06