"Ayaks" baş məşqçisi ilə müqaviləni yeniləyib
Futbol
- 20 iyun, 2019
- 11:36
Hollandiyanın "Ayaks" klubu əsas komandanın baş məşqçisi Erik ten Haqla müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 49 yaşlı mütəxəssis 2022-ci ilin yayına kimi Amsterdam təmsilçisinə rəhbərlik edəcək.
Hollandiyalı məşqçinin əvvəlki müqaviləsi 2020-ci ilin iyuluna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Erik ten Haq 2017-ci ildən "Ayaks"ın baş məşqçisidir. Komanda 2018-2019 mövsümündə Hollandiya çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb. "Ayaks" bu mövsüm Çempionlar Liqasında İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandalarını mübarizədən kənarlaşdırsa da, yarımfinalda İngiltərə "Tottenhem"ini keçə bilməyib.
Son xəbərlər
10:35
Azərbaycanda daha 44 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes10:33
AZAL sərnişinlərə müraciət edib
İnfrastruktur10:31
DSMF: 7 ayda sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 102 milyon manat ödənilib
Maliyyə10:28
Firdovsi Umudov: "Avropa birinciliyində qazanılan 15 medal planlı hazırlıq və intizamın nəticəsidir"
Fərdi10:27
Azad edilmiş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələr arasında 67 məscid var
Din10:25
Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub
İnfrastruktur10:17
Azərbaycanda yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur
Daxili siyasət10:15
"Portu" Fildişi Sahili millisinin üzvü Seku Fofananı icarəyə götürüb
Futbol10:15