Avstriyalı jurnalist: "Zaltsburq" əsas diqqətini Musa Qurbanlıya yönəldib"
Futbol
- 16 iyun, 2023
- 15:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hücum xəttini gücləndirməyi planlaşdıran Avstriyanın "Zaltsburq" klubu əsas diqqətini "Qarabağ"ın futbolçusu Musa Qurbanlıya yönəldib.
"Report"un məlumatına görə, bu barədə yerli jurnalist Aleksandar Andonov özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını 21 qol və 7 məhsuldar ötürmə ilə tamamlayan forvard Bundesliqa təmsilçisinin əsas transfer hədəflərindən biridir: "Qurbanlının yaşı və qiyməti də "Zaltsburq" üçün uyğundur. Onun keçidi bir milyon avroya başa gələ bilər. "Qarabağ"ın 2026-cı ilədək müqaviləsi olan oyunçunu buraxıb-buraxmayacağı isə başqa mövzudur".
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı "Zirə"də də çıxış edib.
Son xəbərlər
17:55
Nazirlər Kabineti məktəblərdə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydalarını təsdiqləyib
Digər
17:54
Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
Digər
17:50
Foto
Fərəh Əliyeva VI "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Daxili siyasət
17:45
Foto
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
Fərdi
17:45
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
İnfrastruktur
17:35
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Digər ölkələr
17:33
Foto
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:33
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi
17:33
Almaniya 9 ayda Azərbaycandan 600 min tondan çox neft alıb
Energetika