Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Futbol
  • 13 aprel, 2018
  • 10:10
Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. 

Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib: 

"Marsel" (Fransa) - "Zaltsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Finalda "Marsel" - "Zaltsburq" cütünün qalibi nominal ev sahibi olacaq.  

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda təşkil olunacaq.