Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı

Futbol
  • 27 avqust, 2020
  • 15:22
Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

"Report" xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.

UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.