Avropa Liqasının final oyununun ən yaxşı futbolçusu bəlli olub

Futbol
  • 17 may, 2018
  • 08:54
Avropa Liqasının final oyununun ən yaxşı futbolçusu bəlli olub

Bakı. 17 may. REPORT.AZ/ Avropa Liqasının final qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ada İspaniyanın "Atletiko" klubunun hücumçusu Antuan Qrizmann layiq görülüb. 27 yaşlı forvard finalda Fransanın "Marsel" klubuna 2 qol vurub. İlk dəfə finalın ən yaxşısı sayılan fransalı hücumçu oyundan sonra mükafatlandırılıb. 

Qeyd edək ki, "Marsel" - "Atletiko" matçı İspaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.