Avropa Liqasında ilk yarımfinal oyunu keçiriləcək

Futbol
  • 03 may, 2017
  • 06:11
Avropa Liqasında ilk yarımfinal oyunu keçiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. "Report"un məlumatına görə, Hollandiyada “Ayaks”la Fransanın “Lion” komandaları üz-üzə gələcək.

“Ayaks” yarımfinalçılar arasında turnirin qalibi olan yeganə komandadır. Amsterdam təmsilçisi 1991/1992 mövsümündə UEFA Kubokunu qazanıb. Üstəlik, “Lion” bu kollektivlər arasında baş tutan 4 avrokubok matçının heç birində qələbə qazanmadığı halda, hollandiyalılar fransalıları 2 dəfə üstələməyi bacarıb.

Avrokuboklarda ardıcıl 12 oyundur evdə uduzmayan “Ayaks” 6 qarşılaşmadan qalib ayrılıb. “Lion” isə son 6 səfər görüşündən 5-də qol vurmağa müvəffəq olub.

Qeyd edək ki, digər yarımfinal görüşü mayın 4-də İspaniyada “Selta” ilə İngiltərə “Mançester Yunayted”i arasında olacaq.

Avropa Liqası

Yarımfinal, ilk oyun

3 may


20:45. Ayaks (Hollandiya) – “Lion” (Fransa)

Baş hakim: Canluka Rokki (İtaliya)

“Amsterdan Arena”