Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb

Futbol
  • 12 aprel, 2019
  • 13:57
Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb

Portuqaliyanın "Benfika" klubunun futbolçusu Joau Feliş Sekeyra Avropa Liqasında həftənin oyunçusu sayılıb. 

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı yarımmüdafiəçi evdə Almaniya "Ayntraxt"ına 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının ilk 1/4 final matçında 3 qol vurub. Bununla da Feliş Avroliqada ən gənc "het-trik" müəllifi olub.

Həftənin oyunçusu adına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi, "Çelsi"nin xavbeki Villian və İspaniya "Valensiya"sının hücumçusu Qonsalu Quedeş də namizəd idi.