Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
  • 29 oktyabr, 2022
  • 08:11
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.

"Report"un məlumatına görə, 16 matçda ümumilikdə 375000-dən çox tamaşaçı iştirak edib.

Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30927 tərəfdar izləyib.

Həftənin ən çox azarkeşin izlədiyi matçı isə “Mançester Yunayted” – “Şerif” qarşılaşması olub – 37888.

Qeyd edək ki, "Qarabağ" rəqibinə 1:2 hesabı ilə uduzub.