Avropa Liqası: "Mançester Yunayted"in 3 futbolçusu həftənin rəmiz komandasına düşüb
- 13 dekabr, 2019
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
“Report” xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “11-lik”də İngiltərə təmsilçisi “Mançester Yunayted”in 3 futbolçusu yer alıb.
Qapıçı: Vid Belets (APOEL, Kipr)
Müdafiəçilər: Eşli Yanq (“Mançester Yunayted”, İngiltərə), Joris Nyanyon (“Renn”, Fransa), Qernot Trauner (LASK, Avstraliya), Qael Klişi (“Başakşehir”, Türkiyə)
Yarımmüdafiəçilər: Xuan Mata (“Mançester Yunayted”, İngiltərə), Roman Bezus (“Gent”, Belçika), Takuma Asano (“Partizan”, Serbiya), Bukayo Saka (“Arsenal”, İngiltərə)
Hücumçular: Meyson Qrinvud (“Mançester Yunayted”, İngiltərə), Diequ Jota (“Vulverhempton”, İngiltərə)
Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin püşkü dekabrın 16-da keçiriləcək.