Avropa çempionatı: AFFA rəsmisi final oyununa təyinat alıb
Futbol
- 31 may, 2022
- 06:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.
"Report"un məlumatına görə, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, 1/4 finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Son xəbərlər
16:50
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər
Digər
16:49
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Hadisə
16:47
Azərbaycan Çindən əncir idxalını bərpa edib
Biznes
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr
16:21
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Digər ölkələr
16:21
Foto
SPECA iştirakçı dövlətləri Bişkekdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsini müzakirə edib
İnfrastruktur
16:15
Foto
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
İnfrastruktur