Avroliqanın II təsnifat mərhələsində 55 metrdən qol vurulub - VİDEO

Futbol
  • 20 iyul, 2017
  • 18:20
Avroliqanın II təsnifat mərhələsində 55 metrdən qol vurulub - VİDEO

Bakı. 20 iyul. REPORT.AZ/ Belarusda "Dinamo" (Brest) və Avstriyanın "Altax" komandaları arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 55 metr məsafədən qol vurulub.

"Report" xəbər verir ki, qol 8-ci dəqiqədə qeydə alınıb.

"Altax"ın futbolçusu Mumi Nqamaleu meydanın özlərinə aid hissəsində bir qədər irəlilədikdən sonra mərkəz dairəsinə çatmamış "Dinamo"nun qapısına tərəf zərbə vurub. Meydan sahiblərinin qolkiperi Ceremi Malherbe irəli çıxdığından, topun qarşısını ala bilməyib.

Hazırda "Dinamo" 0:3 hesabı ilə geridədir. İlk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Avroliqanın II təsnifat mərhələsində 55 metrdən qol vurulub - VİDEO

44 - Tezliklə