Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

Futbol
  • 21 aprel, 2020
  • 11:03
Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.

"Report" "Corriere dello Sport'"a istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11 - 15 avqustda, yarımfinal görüşləri 18 - 22 avqustda olacaq. Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmalarından "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.