AVRO-2016-nın bombardiri 100 milyon avroya "Mançester Yunayted"ə keçir
Futbol
- 02 fevral, 2017
- 05:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 fevral. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann İngiltərə "Mançester Yunayted"i ilə anlaşıb. "Report"un MSN-ə istinadən verdiyi məlumata görə, transferi yekunlaşdırmaqdan ötrü "mankunianlar"ın Fransa yığmasının hücumçusu ilə razılıq əldə etməsi qalıb.
Mümkün transfer anlaşması məbləğinin 100 milyon avro təşkil edəcəyi istisna deyil. Qrizmannın "Atletiko" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Antuan Qrizmann İspaniya çempionatının 20 turu ərzində 19 oyuna çıxıb. 22 yaşlı forvard 8 qol və 4 məhsuldar ötürməyə imza atıb. O, 2016-cı il Avropa çempionatında 6 qolla bombardir olub.
Son xəbərlər
08:23
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
Digər ölkələr08:14
Bakıda 17 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:05
KİV: İran ABŞ seçkilərinədək atəşkəs əldə olunacağına şübhə edir
Region07:48
Rubio: Britaniyadakı insidentdə xarici müdaxilə izi aşkarlanıb
Digər ölkələr07:16
İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmağa hazırlaşır
Region06:50
Şimali Koreya: ABŞ-nin fəaliyyəti nüvə silahlarının yayılmaması sistemini zəiflədir
Digər ölkələr06:18
İstanbulda İran təyyarəsinə həbs qoyulub
Region05:41
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir
Region05:16