"Atletiko"ya qol vuran qapıçı tarixə düşdü
Futbol
- 22 yanvar, 2021
- 06:22
İspaniyanın "Eybar" klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.
"Report" "Opta Jose"yə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib.
Serbiyalı oyunçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib.
Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.
Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.
Son xəbərlər
06:51
CNN: İran nüvə obyektlərini bərpa etməyə cəhd edir
Region06:24
İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
Region05:59
Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Digər ölkələr05:32
Türkiyədə dələduzluq yolu ilə milyonlarla pul əldə edənlər saxlanılıb
Region05:05
"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb
Digər ölkələr04:36
İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
Region04:08
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Digər ölkələr03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09