"Arsenal"ın futbolçusu Maks Dauman Runi və Fabreqasın rekordunu təkrarlayıb

Futbol
  • 16 sentyabr, 2026
  • 11:02
Arsenalın futbolçusu Maks Dauman Runi və Fabreqasın rekordunu təkrarlayıb

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Maks Dauman İngiltərə Liqa Kubokunun III mərhələsində "İpsviç"lə matçda (4:2) 2 qol vurmaqla ingiltərəli Ueyn Runi və ispaniyalı Sesk Fabreqasın rekordunu təkrarlayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, o, bu göstərici ilə Premyer Liqa təmsilçisinin heyətində 16 yaşında bir matçda 2 qol vuran üçüncü oyunçu olub.

U.Runi 2002/2003 mövsümündə "Everton"un, Sesk Fabreqas isə 2003/2004 mövsümündə "Arsenal"ın heyətində bu uğura imza atıb. 2025-ci ilin iyulundan "Arsenal"ın əsas komandasında çıxış edən M.Dauman 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 13 matçda 1 qol vurub.

Qeyd edək ki, "Arsenal" - "Sabah" matçı 2027-ci il yanvarın 28-də keçiriləcək.

44 filmi