"Arsenal" futbolçusu ilə müqavilənin müddətini uzatdı

Futbol
  • 12 yanvar, 2021
  • 16:37
Arsenal futbolçusu ilə müqavilənin müddətini uzatdı

İngiltərənin "Arsenal" klubu futbolçusu Rob Holdinqlə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilədək uzadılıb.

Tərəflər müqavilə başa çatdıqdan sonra əməkdaşlığı daha 1 il davam etdirə bilərlər.

Qeyd edək ki, 2016-cı ildən "Arsenal"da çıxış edən ingiltərəli oyunçu 96 rəsmi matçda meydana çıxıb və 2 qol vurub.