"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzalayıb

Futbol
  • 12 sentyabr, 2026
  • 12:52
Arsenal 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzalayıb

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubu gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb.

"Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.

Müqavilə ilə "Kolxeti 1913"ə məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan "İberiya 1999"un formasını geyinir.

Qeyd edək ki, A.Bartişvili Gürcüstanın U-16, U-17, U-18 və U-21 millilərində oynayıb.

44 filmi